"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bir sıra bələdiyyələr “Milliön” ödəniş sisteminə qoşulub

--2017-02-08 / 16:46

Belediyye.infoya daxil olan məlumata görə, Bakının Nəsimi, Nizami, Səbail, Binəqədi və Qaradağ, habelə Yevlax şəhər, Gəncənin Nizami və Kəpəz bələdiyyələri “MilliÖN”  ödəniş sisteminə qoşulublar.

Binəqədi rayonunun Binəqədi qəsəbə, Biləcəri, Binəqədi rayon, Qaradağın Lökbatan, Körgöz, Müşfiqabad, Sahil və Qobustan bələdiyyələri, Səbail rayonunun Səbail və Badamdar bələdiyyələri stasionar ödəniş sisteminə  qoşulanlar sırasındadır.

 Xatırladaq ki, Belediyye.infonun bu istiqamətdə apardığı araşdımadan məlum olub ki,(http://belediyye.info/new/details/hansi-belediyye-onlayn-odenis-sistemine-qosulub--2154.htm) hazırda E-manat və Easypay – stasionar ödəniş sisteminə Bakının  Nəsimi,  Nizami, Səbail (Səbail və Badamdar), Binəqədi (Binəqədi rayon), Qaradağ (Lökbatan, ələt, Körgoz, Qobustan, Müşfiqabad, Sahil,)  Yevlax, Gəncə (Nizami və Kəpəz) bələdiyyələri,  E-manat sisteminə isə Nəsimi bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə daha   doqquz bələdiyyə - Bakıxanov, Sabunçu, Yasamal,  Xırdalan,  Zabrat, Ramanı,  Nizami, Pirşağı və Bilgəh bələdiyyəsi   qoşulub.

Beləliklə, stasionar (onlayn) ödəniş sisteminə  14 bələdiyyə Easypay sisteminə, 10 bələdiyyə isə E-manat sisteminə qoşulub.

Belediyye.info

ŞƏRHLƏR